Yuxarı

Zabratda 7 nəfərin xəsarət almasına səbəb olan avtobus sürücüsünün məhkəməsi başlayır

​7 nəfərin xəsarət aldığı qəzaya bağlı məhkəmə

Sabunçuda 7 nəfərin xəsarət almasına səbəb olan avtobus sürücüsü Samir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 5-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilə çarpılması nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi