Yuxarı

68 yaşlı qadının 3 manatını quldurluq yolu ilə alan şəxs tutulub - FOTO

​Faktla bağlı araşdırma aparılır.

Tovuz. 18 iyul. REPORT.AZ/ Tovuz rayonunda 68 yaşlı qadının əl qolunu bağlayıb yüksək məbləğ tələb edən şəxs tutulub."Report"un Qərb bürosunun məlumatına görə, rayonun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy rayon sakini Elxan Pirverdiyev, Telli Qarayevanın evinə girərək onu döyüb əl-qolunu bağlayaraq ondan min manat pul tələb edib.
Qadın döyüldükdən sonra 3 manatının olduğunu və çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən E.Pirverdiyev 3 manat pulu və mobil telefonu götürərək qadının evini tərk edib.
Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən və əvvələr məhkum olumuş Gədəbəy rayon Şaxtaxtlı kənd sakini E.Pirverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi