Ötən il hakimliyə imtahanlarda uğur qazanmış 44 nəfər tədris kursuna buraxılıb.
“Report” xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.
Qeyd olunub ki, namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən həmin kursda nüfuzlu ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris olunur, namizədlərin məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri təşkil olunur.
Eyni zamanda növbəti müsabiqə üzrə yazılı imtahanlarda müvəffəqiyyət qazanan 64 nəfər hakimliyə namizədlə şifahi imtahanlara başlanılıb, sənədlərini təqdim etmiş daha 200 namizədlə isə test imtahanının keçirilməsi üzrə təşkilati tədbirlər görülür.