62 yaşlı Gəncə sakini intihara cəhd edib

62 yaşlı Gəncə sakini intihara cəhd edib O, hər iki bilək nahiyəsinin kəsilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Hadisə
2 Fevral , 2016 00:20
62 yaşlı Gəncə sakini intihara cəhd edib

Bakı. 2 fevral. REPORT.AZ/ Gəncədə intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Əmirov Xanlar Kazım oğlu hər iki bilək nahiyəsinin kəsilməsi diaqnozu ilə şəhər TTYX-nin Reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmişə ilkin tibbi yardım göstərilib və sonrakı müalicəsi üçün palataya köçürülüb. Həkimlər 62 yaşlı kişinin vəziyyətini orta ağır qiymətləndirirlər.

Xəstənin yaxınlarının sözlərinə görə, onun 30 min manat məbləğində borcu olub və pulu qaytara bilmədiyi üçün özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi