Yuxarı

Bakıda 615 min dollarlıq dələduzluğa görə tutulan qadına hökm oxunub

​615 min dollarlıq dələduzluğa görə qadına hökm oxunub

49

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.

Rəşad Vaqifoğlu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi