Quba sakini ehtiyyatsızlıqdan özünü güllələyərək öldürüb

Quba sakini ehtiyyatsızlıqdan özünü güllələyərək öldürüb Ov tüfəngi ilə özünü vuran Yaşar Nəcəfovu xilas etmək mümkün olmayıb
Hadisə
2 Yanvar , 2016 22:32
Quba sakini ehtiyyatsızlıqdan özünü güllələyərək öldürüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu axşam 58 yaşlı Quba rayon sakini odlu silah yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinə daxil olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba şəhəri, General Əsədov, 68 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Nəcəfov Yaşar Seyfulla oğlu yaxınları tərəfindən yaşadığı ünvanda yaralı vəziyyətdə tapılıb.

Oğlu Murad Nəcəfov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. O, öv tüfəngini təmizləyən zaman içində güllə olduğunu bilməyib və atəş açaraq özünü yaralayıb. Hadisə zamanı evdə heç kim olmayıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Yaşar Nəcəfovun həyatını xilas etmək mümkün olmayıb.

Quba Rayon Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğunun əməkdaşları hadisəni araşdırır.

Son xəbərlər

Orphus sistemi