​56 yaşlı Bakı sakini evində yanaraq ölüb

​56 yaşlı Bakı sakini evində yanaraq ölüb Hadisə Xətai rayonunda baş verib
Hadisə
22 Mart , 2015 21:37
​56 yaşlı Bakı sakini evində yanaraq ölüb

Bakı. 22 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.

Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi