Nazirlik: Ötən il cəzanın icrasından boyun qaçıran 46 nəfər həbs olunub

Nazirlik: Ötən il cəzanın icrasından boyun qaçıran 46 nəfər həbs olunub Bakı. 28 yanvar. REPORT.AZ/ Yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların, təxminən, yarısı - 10182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunan cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilən digər əsaslarla qeydiyyatdan çıxarılıb.
Hadisə
233
28 Yanvar , 2019 17:47
Nazirlik: Ötən il cəzanın icrasından boyun qaçıran 46 nəfər həbs olunub

Bakı. 28 yanvar. REPORT.AZ/ Yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların, təxminən, yarısı - 10182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunan cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilən digər əsaslarla qeydiyyatdan çıxarılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş müşavirədə bildirilib.

Qeyd olunub ki, cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi