Beş yüz manat və yüz ABŞ dolları oğurlayan cibgir saxlanıldı

Beş yüz manat və yüz ABŞ dolları oğurlayan cibgir saxlanıldı Bakıda pulqabı oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.
Hadisə
24 Fevral , 2020 12:55
Beş yüz manat və yüz ABŞ dolları oğurlayan cibgir saxlanıldı
google.az

Bakıda pulqabı oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Z.Tağıyevin içərisində 500 manat, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qəmbərov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi