Yuxarı
    Bağlamaq

    50-dək avtobus sürücüsü cərimələnib - FOTO

    Elmar Vəliyev Gəncədə içtimai nəqliyyatın vəziyyətindən narazı qaldığını bildirib

    Bakı. 24 aprel. REPORT.AZ/ Gəncədə ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı növbəti reydlər keçirilib. “Report” xəbər verir ki, “1 saylı Regional Nəqliyyat Departamenti” MMC əməkdaşları və Dövlət Yol Polisinin (DYP) təşkil etdiyi nəzarət tədbirləri şəhərin mərkəzini və müxtəlif ərazilərini əhatə edib. Məqsəd marşrutları sənədsiz idarə edən və yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri aşkarlamaq olub.

    Reydlər zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini heç bir sənədi olmadan idarə etdiyi məlum olub. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq dayanacaqlardan kənarda sərnişin götürüb-düşürməsi halları da aşkarlanıb. Qaydaları pozan 50-yə yaxın sürücü inzibati qaydada cərimə olunub.

    Xatırladaq ki, ötən gün Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübünə həsr olunan hesabat yığıncağında icra başcısı Elmar Vəliyev şəhərdə içtimai nəqliyyatın vəziyyətindən narazı qaldığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi