​5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Zaur Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
12 Oktyabr , 2015 15:36
​5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zaur Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini Zaur Məmmədov qonşuluğunda yaşayan bacanağının 5 yaşlı qızı Ə.N.-ya (ad şərtidir) qarşı dəfələrlə seksul xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədov həbs edilib.

O, Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi