Qubada 5 yaşlı oğlunun ölümünə səbəb olan şəxsin ibtidai istintaqı başa çatıb

Qubada 5 yaşlı oğlunun ölümünə səbəb olan şəxsin ibtidai istintaqı başa çatıb Quba rayonunda 5 yaşlı oğlunun ölümünə səbəb olan sürücü - Bəhərçin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Mart , 2019 10:56
Qubada 5 yaşlı oğlunun ölümünə səbəb olan şəxsin ibtidai istintaqı başa çatıb

Quba rayonunda 5 yaşlı oğlunun ölümünə səbəb olan sürücü - Bəhərçin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xıdır Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini B.Vəliyev "QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvan Vəliyevi vurub. Təkərin altında qalan R.Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi