Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün yenidən məhkəməsi başlayıb

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün yenidən məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
28 Mart , 2019 14:52
Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün yenidən məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin hüquqi varislərinin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra H.Quliyevin vəkilinin məhkəməyə gəlmədiyi elan olunub.

Proses aprelin 4-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2017-ci il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə 5 nəfər ölüb.

H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, daha əvvəl bu işə baxılan zaman təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb. 

Son xəbərlər

Orphus sistemi