​45 yaşlı Gəncə sakini evində ölü tapılıb

​45 yaşlı Gəncə sakini evində ölü tapılıb O, giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya verməyib
Hadisə
6 Mart , 2015 22:01
​45 yaşlı Gəncə sakini evində ölü tapılıb

Bakı. 6 mart. REPORT.AZ/ Axşam saatlarında Gəncənin Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseynbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi