Qobustanda 4 nəfərin xəsarət almasına səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb

Qobustanda 4 nəfərin xəsarət almasına səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb Qobustan rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nemət Abduləliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
25 Aprel , 2019 20:21
Qobustanda 4 nəfərin xəsarət almasına səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nemət Abduləliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirələm Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib. Cinayət işində 4 zərərçəkmiş var.

Qeyd edək ki, hadisə bu il fevralın 18-də Qobustan rayonunun Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrliyində baş verib. Rayonun Cəyirli kənd sakini, 35 yaşlı N.Abduləliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü N.Abduləliyev və onun həyat yoldaşı, 35 yaşlı İlhamə Abduləliyeva, oğlu, 7 yaşlı Ayxan Abduləliyev və avtomobildə olan digər sərnişin, qohumları, 42 yaşlı Mahruq Məcidova ağır bədən xəsarətləri alıblar.

Son xəbərlər

Orphus sistemi