Bakıda 4 nəfərin ölümünə səbəb olan sürücü Ali Məhkəməyə şikayət verib

Bakıda 4 nəfərin ölümünə səbəb olan sürücü Ali Məhkəməyə şikayət verib 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən kassasiya şikayəti verib.
Hadisə
18 Noyabr , 2019 15:06
Bakıda 4 nəfərin ölümünə səbəb olan sürücü Ali Məhkəməyə şikayət verib

4 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, şikayət hakim Hafiz Nəsibovun sədlik etdiyi kollegiyanın icraatına verilib.

Baxış iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, E.Fərəcova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasının 7 il 6 aya endirilməsi barədə qərar verib.

Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara avtomagistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi