Bakıda 4 gün öncə piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda 4 gün öncə piyadanı vurub qaçan sürücü saxlanılıb Martın 31-də piyadanın vurulması ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
Hadisə
4 aprel 2019 06:55
Bakıda 4 gün öncə piyadanı vurub qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Martın 31-də piyadanın vurulması ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 31-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədilməsi müəyyən edilib. 

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini M.Sadıqov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi