Yuxarı

38 yaşlı Bərdə sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Hadisə rayonun Alaçadırlı kəndində həmyerlilər arasında yaşanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bərdədə bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində həmyerlilər arasında yaşanıb.

Alaçadrlı kənd sakini 38 yaşlı Əliyev Arif Veysəl oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb. Çox saylı bıçaq yarası alan 38 yaşlı kişi dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Rayon polis şöbəsindən verilən məlumata görə , istintaq sirri olduğundan hadisəni törədən şəxsin həlləlik kimliyi gizli saxlanıllır.

Hadisədə digər şəxslərin də əməllinin olma ehtimalı var.

Hazırda rayon polis şöbəsinin əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi