DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb İyunun 5-də törədilmiş 22 cinayətin üstü daxili işlər orqanları tərəfindən ərzində törədilmiş “isti izlər”lə açılıb.
Hadisə
6 İyun , 2019 11:40
DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

İyunun 5-də törədilmiş 22 cinayətin üstü daxili işlər orqanları tərəfindən ərzində törədilmiş “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətinaçılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi