Yuxarı
    Bağlamaq

    ​30 yaşlı Kürdəmir sakini kanalda batıb

    Onun cəsədi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb

    Bakı. 05 İyun. REPORT.AZ/ Şor kanalının Kürdəmir rayonu, Şilyan kəndi ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü, Novruzov Oruc Bağır oğlunun suda batması haqqında məlumat daxil olub.

    "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, O.Novruzovun cəsədi batdığı yerdən 250 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Əməliyyat saat 20:51-də başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi