Silahların və 30 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Silahların və 30 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bütün faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib
Hadisə
11 Mart , 2021 10:46
Silahların və 30 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən növbəti dəfə təxmini çəkisi 30 kiloqram narkotik vasitənin, psixotrop və güclü təsirli maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a DSX-dan məlumat verilib.

Fevral ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində şübhəli şəxs qismində saxlanılmış 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Xəlilov Natiq Mais oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 3087 qram qurudulmuş marixuana, 2941,4 qram heroin, 730 həb metadon, 120 kapsul preqabalin, 1945,8 qram metamfetamin, həmçinin 9 mm kalibrli 1 ədəd “Baredda A6” və 8 mm kalibrli 1 ədəd “Lord T822” tapançaları aşkarlanaraq götürülüb.

Mart ayının 4-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Nəcəfzadə Ceyhun Eyvaz oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı 192,8 qram heroin, 982,2 qram tiryək, 3007,1 qram həşiş qətranı, 60 ədəd metadon, 100,1 qram metamfetamin, 224 kapsulda preqabalin dərman həbləri aşkar edilib.

Mart ayının 6-da Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi üzrə tədbirlər nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “Nexia Ravon” markalı 90 PN 378 dövlət nömrə nişanlı avtomobil içərisində 3 nəfər sərnişin ilə birlikdə saxlanılmışdır. Avtomobilə baxış zamanı 1 ədəd göy rəngli bağlamanın içərisində 16983,18 qram tiryək və 400 ədəd М40 həbləri aşkar olunaraq götürülmüşdür. Avtomobildəki şəxslərin Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü İbrahimov Zaur Məzahir oğlu, 1998-ci il təvəllüdlü Zeynalov Ramiz Rafiq oğlu və Şamaxı rayon sakini 1998-ci il təvəllüdlü İbadov Sərvin Sərvər oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi