Yuxarı

Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib

Onlar xəstəxanaya yerləşdirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonunun H.Aslanov qəsəbəsində yaşayan Tehran Kazımov, Quba rayonunun Zizik kəndində yaşayan Elmiyə Mirzəyeva, Mingəçevir şəhərində yaşayan Türkanə Abdullayeva evlərində dəm qazından zəhərlənib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi