Yuxarı
    Bağlamaq

    Tərtərdə 29 yaşlı qadın itkin düşüb - FOTO

    Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub

    Tərtər. 14 oktyabr. REPORT.AZ/ Tərtər rayon sakini itkin düşüb.

    “Report”un Qarabağ bürosunun məlumatına görə, 29.03.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

    İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

    Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

    Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.

    Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi