Yuxarı

Sumqayıtda 28 tondan çox yararsız qida məhsulu məhv edilib

​28 tondan çox yararsız qida məhsulu məhv edilib

Sumqayıt şəhərində 28,62 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 28,62 ton qida məhsulunun məhv edilməsi üçün Agentliyə müraciət olunub.

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 28,62 ton olan müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi