Yuxarı

​"28 May" metro stansiyasında sərnişin ölüb

Hələlik hadisənin detalları məlum deyil

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Bakı Metropliteni" QSC-nin "28 May" stansiyasındakı sərnişinlər təxliyyə edilir. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna sərnişinlərdən birinin özünü relsin üstünə atması səbəb olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Metrpolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a verdiyi açıqlamada məsələni təsdiq edib və bildirib ki, həmin sərnişin ölüb. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir, hələlik hadisənin detalları məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi