"28 May" metrostansiyası qarşısında bıçaqlanma olub

"28 May" metrostansiyası qarşısında bıçaqlanma olub Yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
Hadisə
24 May , 2017 03:57
28 May metrostansiyası qarşısında bıçaqlanma olub

Bakı. 24 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki,1963-cü il təvəllüdlü Şəmkir rayon sakini Kərimov Yaşar Adil oğlu metropolitenin "28 May" stansiyası qarşısında tanışı ilə mübahisə edib.

Nəticədə o, tanışı tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi