"28 Mall"da elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb

"28 Mall"da elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək
Hadisə
17 Fevral , 2017 17:35
28 Mallda elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ "28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

 Ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq" , - deyə, ticarət mərkəzindən bildirilib.

Son xəbərlər

Orphus sistemi