28 dekabr - "Vəkil günü" münasibətilə silsilə tədbirlər keçirilib

28 dekabr - "Vəkil günü" münasibətilə silsilə tədbirlər keçirilib 28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı ü
Hadisə
28 dekabr 2022 07:09
28 dekabr - Vəkil günü münasibətilə silsilə tədbirlər keçirilib

28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Report" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər daha sonra "Türk şəhidliyi" və Şəhidlər xiyabanında olub və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət ediblər.

Daha sonra 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsini nəzərə alaraq, Ulu öndərin zəngin və şərəfli ömür yolunu və xidmətlərini əks etdirən eksponatların qorunduğu Heydər Əliyev Mərkəzinə səfər təşkil olunub.

Bildirilib ki, silsilə tədbirlərin davamı kimi “Vəkil günü” peşə bayramı çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Qeyd olunub ki, Vəkillər Kollegiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası məqsədilə təşkil olunan aksiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, 300-dən çox vəkil, onların ailə üzvləri və vəkil köməkçiləri, həmçinin nazirliyin əməkdaşları iştirak edib. aksiya çərçivəsində Bakı şəhəri Xocasən gölü ətrafında 1100 şam və zeytun ağacları əkilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən ağacların mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlər görülüb.

Eyni zamanda keçirilən tədbirlərin davamı olaraq bir sıra ümumi orta və ali təhsil müəssisələrində vəkillər tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində “Vəkil saatı” təşkil edilib.

Son xəbərlər

Orphus sistemi