23 yaşlı Şəki sakini ehtiyatsızlıqdan biləyini kəsib

23 yaşlı Şəki sakini ehtiyatsızlıqdan biləyini kəsib Pəncərəyə pərdə asmaq istədi, biləyini kəsdi
Hadisə
29 May , 2015 23:53
23 yaşlı Şəki sakini ehtiyatsızlıqdan biləyini kəsib

Bakı. 29 May. REPORT.AZ/ Ötən axşam Qax Rayon Mərkəzi Xəstəxanasına sol biləyinin kəsilməsi diaqnozu ilə 1992-ci il təvəllüdlü Şəki rayon Baş Zəyzid kənd sakini İsayev Fərman Vilayət oğlu daxil olub. 

"Report" xəbər verir ki, həmin şəxs Qaxın Əlibəyli kəndində bacısının evində pərdə asarkən bədbəxt hadisənin qurbanı olub. Belə ki, pəncərədən qırılan şüşə onun sol biləyinin vətərələrini kəsib. 

Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qiymətldirilir. Həkimlər ona ilkin yardım göstəriblər. Xəstənin tezliklə Bakıdaki xəstəxanalardan birinə göndəriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi