Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə
4 aprel 2019 05:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
0 : 00
0 : 00

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 3-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi