Özündən 22 yaş kiçik sevgilisini qısqanaraq öldürdü

Özündən 22 yaş kiçik sevgilisini qısqanaraq öldürdü Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən Sahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Sentyabr , 2020 14:48
Özündən 22 yaş kiçik sevgilisini qısqanaraq öldürdü

Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən Sahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib.

Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub və törətdiyi əməli etiraf edib.

Məlum olub ki, 57 yaşlı Sahib Babayev özündən 22 yaş kiçik sevgilisi ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə sonuncunun başqa bir kişi ilə münasibət saxlaması olub.

S.Babayev ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvanda yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.

İstintaq orqanı tərəfindən S.Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi