2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı hüquqi şəxslər və fərdi sahibkarların müraciətlərinə baxılıb.
“Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, müraciətlərdən əksəriyyəti baxılması üçün digər qurumlara göndərilib.
"Onların arasında İqtisadiyyat Nazirliyi (453), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (272), Dövlət Gömrük Komitəsi (81), 93-nü isə digər dövlət qurumları təşkil edir”.