​Azərbaycanın 20 vətəndaşı Rusiya ərazisindən deportasiya edilib

​Azərbaycanın 20 vətəndaşı Rusiya ərazisindən deportasiya edilib Onlar miqrasiya qanunvericiliyi sahəsində qanun pozuntularına yol veriblər
Hadisə
27 Oktyabr , 2015 08:36
​Azərbaycanın 20 vətəndaşı Rusiya ərazisindən deportasiya edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ İlin əvvəlindən Azərbaycanın 20 vətəndaşı Rusiya Federasiyası Başqırdıstan Respublikası ərazisindən deportasiya edilib.

"Report" xəbər verir ki, bu barədə Məhkəmə İcraçıları Federal Xidmətinin Başqırdıstan Respublikası üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, azərbaycanlılar respublikada qanunsuz yaşadıqları və ya miqrasiya qanunvericiliyi sahəsində digər pozuntulara yol verdikləri üçün deportasiyaya məruz qalıblar.

İlin əvvəlindən yaxın və uzaq xaricdən olan 471 qeyri-leqal miqrant məcburi olaraq Rusiyadan çıxarılıb. Onların sırasında 293 Özbəkistan, 92 Tacikistan, 20 Azərbaycan və 16 Ermənistan vətəndaşı var. Bu dövr ərzində Vyetnam, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrdən olan sakinlər də öz vətənlərinə göndərilib.

Son xəbərlər

Orphus sistemi