Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib

Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib Ali Məhkəmənin Cinayət Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olan işlər üzrə 133 nəfər barəsində qərar çıxarılıb
Hadisə
27 Fevral , 2021 09:28
Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib

2020-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olan işlər üzrə 133 nəfər barəsində qərar çıxarılıb.

"Report"un xəbərinə görə, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Onlardan 93 (69,9%) nəfər barəsində qərarlar dəyişdirilmədən saxlanılıb, 19 (14,2%) nəfər barəsində qərarlar ləğv olunub, 17 (12,8%) nəfər barəsində işlər yeni apellyasiya baxışına qaytarılıb. 2 (1,5%) nəfər barəsində iş üzrə icraata xitam verilib, 5 (3,8%) nəfər barəsində qərarlar dəyişdirilib. 14 (10,5%) nəfər barəsində iş üzrə kassasiya müraciətləri geri qaytarılmış və baxışdan çıxarılıb. 2 (1,5%) nəfər barəsində iş üzrə prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi