147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır - VİDEO

147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır - VİDEO BNA: Avtobusda sərnişinlərin normadan artıq olması faktına Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edir
Hadisə
28 Mart , 2017 17:09
147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır - VİDEO
Report.az

Bakı. 28 mart. REPORT.AZ/ 147 saylı sərnişin avtobusundan istifadə edən sərnişinlər narazıdır.

Bu barədə "Report"a Abşeron rayonun Digah qəsəbəsinin sakinlərindən biri bildirib.

Belə ki, qəsəbədən şəhər istiqamətinə yalnız 147 saylı sərnişin avtobusu fəaliyyət göstərir. Sərnişin sıxlığından əziyyət çəkənlər məcbur olub avtobusun qapısından tutaraq canlarını təhlükəyə atıb yollarına davam edir. Qəsəbə sakini onu da qeyd edir ki, avtobuslar artıq öz istismar müddətini başa vurub: "Bir neçə ildir ki, bu problemlə üz-üzə qalmışıq".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib: "Ancaq bu işdə təkcə BNA yox, həm də Yol Polisi əməkdaşları maraqlı olmalıdır. Çünki bu, təkcə bizim işimiz deyil. Avtobusda sərnişinlərin normadan artıq olması faktına Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edir".

Həmin qəsəbədə avtobusların sayının az olmasına gəlincə, M.Ağayev bildirib ki, əlavə avtobusların xəttə buraxılması üçün BNA iş aparacaq.

Son xəbərlər

Orphus sistemi