Yuxarı
    Bağlamaq

    “​İnterpol” xətti ilə 13 ildir axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub - EKSKLÜZİV

    O, qətldə ittiham olunur

    Bakı. 30 mart. REPORT.AZ/ “İnterpol” xətti ilə axtarışda olan və Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya olunub.

    “Report”un xəbərinə görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

    A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

    Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi