Yuxarı

100 min manatlıq dələduzluq edən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Prosesdə hökm oxunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamal Əhmədov və Mansur Əhmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əhmədova 7 il 6 ay, K.Əhmədova 7 il müddətinə şərti cəza verilib. Hər iki şəxs barələrində 2 il sınaq müddəti seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, K.Əhmədov və M.Əhmədov 2015-ci ildə həbs olunub. Hər iki şəxs vətəndaşdan 100 min manat pul alaraq qaytarmayıblar. Məhkəmə prosesi zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi