Yuxarı

​Bakıda qadının mənzilindən 100 min dollardan artıq pul və qızıl oğurlanıb

Oğru seyfi aparıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bakının Nərimanov rayonunda mənzildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. “Report”un xəbərinə görə, Şəhla Əhmədovaya məxsus mənzildən oğurlanmış seyfdə 40 min manat, 20 min ABŞ dolları və 50 min manatlıq qızıl olub.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Tural Əzizovu saxlayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi