Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi təxirə salınıb Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
Hadisə
491
12 Yanvar , 2022 17:48
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən İlkin Süleymanovun vəkillərindən birinin yaxının dünyasını dəyişməsi və məhkəmədə iştirak edə bilməməsi səbəbindən təxirə salınıb.

Məhkəmənin növbəti iclası isə yanvarın 26-sına təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi