Özündən 10 yaş kiçik sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayır

Özündən 10 yaş kiçik sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayır Zaqatalada qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nadilə Orucovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
2 İyul , 2020 17:24
Özündən 10 yaş kiçik sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayır

Zaqatalada qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nadilə Orucovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Aparılan araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub. 

N.Orucovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi