Azərbaycanda 1 qadın sirkə turşusundan, 2-si isə dəm qazından zəhərlənib

Azərbaycanda 1 qadın sirkə turşusundan, 2-si isə dəm qazından zəhərlənib Hər 3 faktla bağlı araşdırmalar aparılır
Hadisə
19 Yanvar , 2015 13:35
Azərbaycanda 1 qadın sirkə turşusundan, 2-si isə dəm qazından zəhərlənib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı sakini sirkə turşusundan zəhərlənib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayan Səriyyə Aslanova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Sumqayıt şəhər sakini isə dəm qazından boğularaq ölüb. Belə ki, şəhər sakini Nəsibə Ramazanova mənzilində dəm qazından boğulub.

Gəncə şəhər sakini Kəmalə Salahova isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Hər 3 faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi