İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı

İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub
Hadisə
2 Yanvar , 2021 12:04
İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax yollarında quraşdırılmış xüsusi karantin postlarında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, 2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1 050 nəqliyyat vasitəsi müəyyən olunub.

Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.

Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi