Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Bərdə rayonunda həmkəndlilərinin evlərindən pul və qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən 19 yaşlı gənc tutulub. Bu barədə "Report"a Bərdə rayon Polis Şöbəsindən məlumat verilib. Şöbəyə daxil olan bir neçə şikayət ərizələri əsasında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Güloğlular kənd sakini 19 yaşlı Samir Nağıyev şubhəli şəxs qismində saxlanılıb. Məlum olub ki , S.Nağıyev yaşadığı kənddə müxtəlif vaxtlarda evlərə qanunsuz daxil olaraq oğurluqlar edib. S.Nağıyev əvvəllər də eyni cinayətlər etdiyinə görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.

