Yuxarı

​Əmlak Komitəsi “Açıq qapı” günü təşkil edib

Qeydiyyatla bağlı hüquqi prosedurlar əyani nümayiş etdiriləcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sentyabrın 1-də “Açıq qapı” günü keçirir.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən xəbər veriblər. Məlumata görə sentyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) ərazi idarəsinin yeni inzibati binasının açılışı və ərazi idarəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək. Komitə “Açıq qapı” gününün təşkilində məqsədinin ictimaiyyəti və mətbuat nümayəndələrini ərazi idarəsində həyata keçirilən daşınmaz əmlakın qeydiyyatı prosesi, müasir tələblərə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, qeydiyyatla bağlı hüquqi prosedurları əyani nümayiş etdirmək olduğunu açıqlayıb.

Eyni zamanda həmin gün komitənin göstərdiyi mobil ofis xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə yeni alınmış avtonəqliyyat vasitələrinin təqdimatı və aidiyyəti qurumların iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbirinin keçiriləcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi