Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Şirvanda Bakı şəhər sakini Əfqan Mikayılov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən şəhər sakini Çimən Ağayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.