Zlatko Daliç: "Bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar"

Zlatko Daliç: "Bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar" “İkinci hissədə dominantlıq edir, qol vəziyyətləri yaradır və təzyiq göstərmək istəyirdik. Ancaq sonluğu gətirə bilmədik”.
Futbol
25 Mart , 2019 10:10
Zlatko Daliç: Bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar

“İkinci hissədə dominantlıq edir, qol vəziyyətləri yaradır və təzyiq göstərmək istəyirdik. Ancaq sonluğu gətirə bilmədik”.

“Report” xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç səfərdə Macarıstan kollektivinə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

53 yaşlı mütəxəssis kreativ olmadıqları üçün yenildiklərini söyləyib: “Daha çox işləməli, növbəti matçlarda mübarizə aparmalı, daha aqressiv olmağa çalışmalıyıq. Sonuncu dünya çempionatının finalçısı olduğumuz üçün bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar. Bu məğıubiyyəti faciəyə çevirməməli, qalxıb, yolumuza davam etməliyik. Kreativ deyildik, düzgün ideyamız yox idi. Ona görə də uduzduq”.

Qeyd edək ki, Xorvatiya yığması ilk turda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib. Hazırda E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiyanın 3 xalı var. 

Son xəbərlər

Orphus sistemi