Zlatan İbrahimoviç aldığı məvacibə görə yeni rekord müəyyənləşdirə bilər

Zlatan İbrahimoviç aldığı məvacibə görə yeni rekord müəyyənləşdirə bilər Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç MLS-in yeni rekordçusu ola bilər.
Futbol
22 Dekabr , 2018 10:51
Zlatan İbrahimoviç aldığı məvacibə görə yeni rekord müəyyənləşdirə bilər

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç MLS-in yeni rekordçusu ola bilər.

"Report" "ESPN"ə istinadən xəbər verir ki, klubu ilə müqavilənin müddətini uzadan 37 yaşlı isveçli hücumçu yeni razılaşmaya əsasən il ərzində 7 - 7.5 milyon dollar qazanacaq.

Onun yeni maaşı ABŞ liqa tarixinin ən yüksək məvacibi ola bilər. 

Hazırda MLS tarixində ən yüksək ödənişli oyunçu Braziliya yığmasının sabiq futbolçusu Kakadır. O, "Orlando Siti" klubunda 2017-ci ildə illik 7.17 milyon dollar qazanıb. 

Qeyd edək ki, Z.İbrahimoviç 2018-ci ildə illik 1.5 milyon məvacib alıb. Təcrübəli oyunçu ötən mövsüm 27 oyuna 22 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi