Yuxarı

​İbrahimoviçin evinin önündə terror aktının qarşısı alınıb

​İbrahimoviçin evinin önündə terror aktının qarşısı alınıb
Heyvan müdafiəçilərinin qisas ala biləcəyi ehtimal olunur

Bakı. 13 yanvar. REPORT.AZ/ İsveç polisi Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin Malmödəki evinin qarşısında döyüş qumbarasını zərərsizləşdirib.

"Report" xəbər verir ki, hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.

Heyvan müdafiəçiləri tərəfindən futbolçudan qisas alınma ehtimalına dair fərziyyə nəzərdən keçirilir. İbrahimoviçin yaxınlarından heç kim hadisə zamanı evdə olmayıb.

Xatırladaq ki, bundan əvvəl, futbolçunun sığın ovçusu olmasına dair yayılan məlumat heyvan müdafiəçilərinin hiddətinə səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi