Zlatan İbrahimoviç bukmeker kontoru ilə işbirliyinə görə cəzalandırıla bilər

Zlatan İbrahimoviç bukmeker kontoru ilə işbirliyinə görə cəzalandırıla bilər Bakı. 22 mart. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviçi cəzalandıra bilər.
Futbol
22 Mart , 2018 11:10
Zlatan İbrahimoviç bukmeker kontoru ilə işbirliyinə görə cəzalandırıla bilər

Bakı. 22 mart. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviçi cəzalandıra bilər.

“Report” “Mirrora” istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı forvardın bukmeker kontoru ilə işbirliyinə razılıq verməsidir.

O, “BetHard” şirkətinin reklam kompaniyasında iştirak etmək niyyətindədir. Lakin İngiltərə Futbol Assosiasiyası futbolçuların bukmeker kontorları ilə əməkdaşlığa qadağa qoyduğu üçün Z.İbrahimoviç bu əməkdaşlıqdan imtina etməldir. Əks halda qurum tərəfində cəzalandırılacaq.

Qeyd edək ki, Z.İbrahimoviç cari mövsümdə “Mançester Yunayted”in heyətində 7 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi