Zlatan İbrahimoviç 2 oyunluq diskvalifikasiya edilib

Zlatan İbrahimoviç 2 oyunluq diskvalifikasiya edilib İbrahimoviç rəqib komandanın oyunçusuna qəsdən zərbə endirdiyinə görə sarı vərəqə almışdı
Futbol
21 Fevral , 2015 01:39
Zlatan İbrahimoviç 2 oyunluq diskvalifikasiya edilib

Bakı. 21 Fevral. REPORT.AZ/ “PSJ”nin hücumçusu Zlatan İbrahimoviç Liqa 1 çərçivəsində rəqib futbolçunu vurduqu üçün cəzalandırılıb.

"Report"un Sportbox-a istinadla verdiyi məlumata əsasən, yanvarın 25-də “Sent-Etyen”lə görüşün (1:0) sonlarında İbrahimoviç rəqib komandanın oyunçusu Romen Amumaya qəsdən zərbə endirdiyinə görə sarı vərəqə almışdı.

Dünən isə Fransa liqasının disiplinar komitəsinin iclasında futbolçunun 2 oyunluq diskvalifikasiyası haqda qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi